Azərbaycan, əhalisinin 80 faizinin güzəştli mənzil aldığı ölkənin təcrübəsini öyrənir
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapur Respublikasına işgüzar səfər edib.
MİDA-nın mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi əhalinin güzəştli mənzillərlə təmin edilməsi sahəsində dünyanın ən uğurlu modellərindən birinə sahib olan Sinqapurun təcrübəsini yaxından öyrənmək, aidiyyəti qurumlarla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və bu sahədə dövlət siyasətinin formalaşması və icrası mərhələləri ilə yaxından tanış olmaq idi.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Sinqapur Respublikasının Milli İnkişaf, Ticarət və Sənaye üzrə baş dövlət naziri Koh Poh Kun və ölkədə güzəştli mənzillərin tikintisi sahəsində dövlət siyasətini həyata keçirən Mənzil İnşaatı və İnkişaf Şurasının (“HDB”) baş icraçı direktoru xanım Çeonq Kun Hen ilə görüşlər keçirib.
Qeyd edilib ki, 1960-cı ildə təsis olunmuş Mənzil İnşaatı və İnkişaf Şurası fəaliyyət göstərdiyi dövr ərzində Sinqapur Respublikasının əhalisinin 80 faizini güzəştli mənzillərlə təmin edib.
Bununla yanaşı, səfər zamanı Sinqapurun Şəhər Yenidənqurma İdarəsinin, ölkənin beynəlxalq biznes əlaqələri üzrə məsul təşkilatı olan “International Enterprise Singapore” adlı Dövlət Agentliyinin, şəhərsalma, infrastruktur və mühəndislik layihələndirilməsi sahəsində ixtisaslaşan “Surbana Jurong” adlı qlobal məsləhətçi şirkətinin, yaşayış yerlərində ictimai nəqliyyat infrastrukturun təşkili sahəsində ixtisaslaşan “SMRT International” dövlət şirkətinin, habelə tikintinin təşkili və idarəolunması sahəsində fəaliyyət göstərən bir neçə digər dövlət və özəl şirkətlərin rəhbərləri və ekspertləri ilə görüşlər keçirilib.
Görüşlərdə Sinqapurun son 50 ildən artıq müddət ərzində əhalinin güzəştli mənzillərlə təmin edilməsi istiqamətində keçdiyi inkişaf yolu müzakirə edilib, müasir şəhərsalma və tikinti standartları, mənzil tikintisinin təşkili və maliyyələşdirilməsi, mənzil fondunun idarəolunması və vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, dövlətin və özəl sektorun əməkdaşlığı modelləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmiləri səfər çərçivəsində Sinqapur Mənzil İnşaatı və İnkişaf Şurasının təşkilatçılığı ilə “IHF 2017” Beynəlxalq Mənzil İnşaatı Forumunda da iştirak ediblər.
ABŞ, İsveçrə, Fransa, İtaliya, Çin, Koreya Respublikası, Avstraliya və bir çox digər ölkələrin aidiyyəti dövlət rəsmilərinin, elm xadimlərinin, sahibkarların, eləcə də Dünya Bankı və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu tədbirin əsas mövzusu olan “Davamlı Planlaşdırma, İnklüziv İcmalar” Birləşmiş Millətlər Təşkilatının 2016-cı ildə keçirilmiş Mənzil İnşaatı və Davamlı Şəhər İnkişafı Konfransının (“HABITAT III”) müəyyən etdiyi Yeni Şəhərsalma Məqsədlərinə uyğun olaraq seçilib.
Məlumatda qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətində müasir ql
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
12 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
13 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
13 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)




