Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışı oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.
Marja xəbər verir ki, əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumatlar verib.
Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirilib ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.
Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı, daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəzləyəcək. Bununla yanaşı, məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur.
Dövlətimizin başçısı zavodu işə salıb.
Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.
Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur.
Layihənin investisiya tutumu 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Müəssisə rezidentlərə verilən güzəştlərdən də yararlanıb.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib.
“Az-Tex-İmport” MMC 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub.
Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib.
Dövlətimizin başçısı müəssisəni işə salııb.
Zavodda istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur. “Az-Tex-İmport” MMC də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb.
Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir.
Qeyd edilib ki, hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.
Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.
Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
-
12 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
12 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
12 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
13 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir



















