Qızılın qiyməti tarixdə ilk dəfə 1 unsiya üçün 3250 dolları keçdi
Çikaqo Ticarət Birjasında (CME) qiymətli metalın iyun fyuçersləri 2,45% bahalaşaraq 1 unsiya üçün 3 255,4 dollar olmaqla pik həddinə çatıb. Nyu-York Comex birjasında da iyun ayı qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 3250 dolları ötüb.
Marja xəbər verir ki, qızılın birjada bahalaşmasına ABŞ və Çin arasında ticarət müharibəsinin davam etməsi təkan verib. Bu səbəbdən investorlar "təhlükəsiz sığınacaq" aktivini almağı artırıblar. Aprelin 11-də Çin Amerika mallarına tarifləri 84%-dən 125%-ə qaldırıb və bu, aprelin 12-də qüvvəyə minəcək. Çinin Maliyyə Nazirliyi cari tariflərə əsasən Çinə ixrac edilən Amerika malları üçün artıq “bazar qəbulu imkanının” olmadığını bildirib.
“Əgər ABŞ tərəfi bundan sonra ABŞ-a ixrac edilən Çin mallarına gömrük rüsumları tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək”, - bəyanatda deyilir.
Analitiklərin fikrincə, ticarət müharibələri bazarlar üçün riskləri artırır və beləliklə, ilk növbədə qızılın daxil olduğu “təhlükəsiz sığınacaq” aktivlərinin qiymətlərini dəstəkləyir.
XXX
ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibələrində Çin "cavab atəşi açıb". Tramp, Çindən idxala tətbiq edilən vergi dərəcələrini 145 faizə yüksəltdikdən sonra, Çin ABŞ-dan idxal edilən mallara tətbiq edilən vergini 125 faizə yüksəltdiyini açıqlayıb.
Çin bildirib ki, yeni tariflər aprelin 12-dən qüvvəyə minəcək.
Çin Maliyyə Nazirliyindən verilən açıqlamada ABŞ tərəfinin yeni tarif tətbiq edəcəyi təqdirdə bunun nəzərə alınmayacağı bildirilib. Bu, Çinin ABŞ məhsullarına yeni tariflər tətbiq etməyəcəyinə işarədir.
Çin Ticarət Nazirliyi də tarif artımına görə ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırdıqlarını açıqlayıb. Nazirliyin bəyanatında Çinin öz qanuni maraqlarını və hüquqlarını müdafiə edəcəyi, çoxtərəfli ticarət sistemini və beynəlxalq iqtisadi nizamı qoruyacağı vurğulanıb.
ABŞ prezidenti Donald Tramp aprelin 2-də elan etdiyi yeni tariflər çərçivəsində Çinə 34 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. Bundan əvəl ABŞ Çindən idxala 20% rüsum tətbiq edirdi. Çin ABŞ-ın tarif artımına reaksiya verib və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb. Prezident Tramp Çinin tariflərə cavab olaraq tətbiq etdiyi 34 faizlik tarif artımını geri götürməməsi halında əlavə 50 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Çin tarifi geri götürmədiyi üçün Tramp 50 faiz də tarif tətbiq edib. Çin Trampın əlavə rüsumlar təhdidinə eyni şəkildə cavab verib və ABŞ-dan idxal edilən məhsullara tətbiq etdiyi tarifi 84 faizə qaldırdığını açıqlayıb. İki ölkə arasında rüsum "atəşləri" nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini əvvəlcə 125 faizə, daha sonra isə 145 faizə qaldırıb. Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə salıb, lakin Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 18 d. əvvəl
-
24 d. əvvəl
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 32 d. əvvəl
-
45 d. əvvəl
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
-
50 d. əvvəl
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 52 d. əvvəl
-
1 saat əvvəl
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi
ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR






.jpg)
.jpg)






.jpg)








