Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Expressbank Yevlaxda 50-dən çox sahibkar üçün “Maliyyə savadlılığı” təlimi keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank Yevlaxda 50-dən çox sahibkar üçün “Maliyyə savadlılığı” təlimi keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Expressbank ASC KOBİA-nın dəstəyilə mikro sahibkarlar üçün maliyyə savadlılığına həsr olunmuş növbəti maarifləndirici sessiyanı Aran Regional İnkişaf Mərkəzində həyata keçirib.

Tədbirin əsas məqsədi Bərdə, Yevlax və ətraf ərazilərdə yaşayan sahibkarların maliyyə biliklərinin gücləndirilməsi, biznes idarəetməsində daha effektiv yanaşmaların təşviqi və bank-müştəri münasibətlərində düzgün maliyyə davranışlarının formalaşdırılması olub.

Təlim çərçivəsində iştirakçılara biznes fəaliyyətində maliyyə planlamasının əhəmiyyəti, dövriyyənin düzgün idarə olunması, kredit alətlərindən səmərəli istifadə və rəqəmsal bankçılıq imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda sahibkarlarla maliyyə risklərinin idarə olunması, biznesin inkişaf strategiyasının qurulması və dayanıqlı maliyyə vərdişlərinin formalaşdırılması istiqamətində praktiki nümunələr əsasında müzakirələr aparılıb.

İnteraktiv formatda təşkil olunan görüş zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, gündəlik biznes fəaliyyətində qarşılaşılan maliyyə çətinlikləri üzrə real təcrübələr paylaşılaraq faydalı tövsiyələr verilib. Tədbir, ümumilikdə, 50-dən çox sahibkarın maliyyə savadlılığının artırılmasına və biznes biliklərinin inkişafına töhfə verib.

Expressbank regionlarda sahibkarlığın inkişafına dəstək göstərilməsi, mikro biznes nümayəndələrinin maliyyə əlçatanlığının artırılması və maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində layihələrini gələcək dövrdə də davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, Expressbank Bakı, Bərdə, Mingəçevir və digər bölgələrdə olmaqla, ümumilikdə, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin! 

Expressbank KOBİA maliyyə savadlılığı mikro sahibkarlar Aran Regional İnkişaf Mərkəzi Expressbank təlim Bərdə sahibkarları Yevlax sahibkarları biznes idarəetməsi maliyyə planlaması kredit alətləri rəqəmsal bankçılıq maliyyə risklərinin idarə olunması biznes strategiyası sahibkarlar üçün təlim Expressbank tədbiri mikro biznes regionlarda sahibkarlıq biznes bilikləri maliyyə davranışları dayanıqlı maliyyə vərdişləri Expressbank regionlar sahibkar dəstəyi KOBİA dəstəyi biznes inkişafı maliyyə əlçatanlığı sahibkarların maliyyə bilikləri bank müştəri münasibətləri praktiki maliyyə təlimi Expressbank filialları Bərdə Mingəçevir Yevlax Azərbaycan bank sektoru maarifləndirici sessiya interaktiv təlim biznes maliyyəsi maliyyə çətinlikləri sahibkarlar üçün bank xidmətləri Expressbank kredit 132 Məlumat Mərkəzi Expressbank sosial şəbəkələr Expressbank Azərbaycan regional inkişaf mikro sahibkarlıq qeyri-neft sektoru bank təlim proqramı KOB inkişafı Azərbaycanda sahibkarlıq
25.05.2026 15:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19