ABŞ-da yumurta quş qripi epidemiyası fonunda keçən ay 10% də bahalaşıb
ABŞ-da yumurta qiymətləri yanvar-fevral aylarında 10%-dən çox artıb, çünki quş qripi epidemiyası ölkənin quşçuluq təsərrüfatlarına ziyan vurmağa davam edir və bəzi supermarketlər yumurta satışını məhdudlaşdırıb.Fevralda ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin fevral ayı ilə müqayisədə cəmi 2,8% artsa da, yumurta qiymətləri yanvar-fevral aylarında 10,4% (mövsümi düzəlişlər ilə) və illik müqayisədə isə 58,8% artaraq bahalaşmaqda davam edib.
Marja xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi yumurta qiymətlərindəki artımı araşdırmağa - yumurta istehsalçılarının tədarüklərini dayandırmaq və qiymətləri artırmaq üçün sui-istifadə edib-etmədiklərini araşdırmağa başlayıb.
Donald Tramp-ın əsas müttəfiqi İlon Mask, keçmiş prezident Co Baydenin, "150 milyon yumurtlayan toyuqların kəsilməsi" əmrindən sonra yumurta qiymətlərinin artmasına görə məsuliyyət daşıdığını iddia edib - baxmayaraq ki, virusa yoluxmuş quşların məhv edilməsi Kənd Təsərrüfatı Nazirliyinin siyasətidir və Tramp dövründə bu siyasət davam edir.
Bəzi restoranları ölkə daxilində tədarük çatışmazlığı və yumurta qiymətlərinin artması səbəbindən müvəqqəti olaraq yumurtalı yeməkləri bahalaşdırıblar.
İstehlak Qiymətləri İndeksinə görə, ABŞ-da yumurta qiymətləri dekabr ayından yanvar ayına qədər 15,2% artmış və yumurtanın orta qiyməti dekabrdakı 4,15 dollardan bir qədər artaraq 4,95 dollara çatmışdı.
Market şəbəkəsi "Treyder Joe's" təsdiqləyib ki, yumurta satışını məhdudlaşdırıblar: "Yumurtaya ehtiyacı olan müştərilərimizin çoxunun yumurta ala bilməsini təmin etmək məqsədilə ölkə daxilində hər müştəriyə gündə bir yumurta satırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





