Neftin qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ticarət müharibələri fonunda neftin qiyməti son altı ayın ən aşağı səviyyəsinə düşübABŞ prezidenti Donald Trampın gömrük rüsumları (tarifləri) bir çox cəbhədə ticarət müharibəsinə səbəb olub və bu vəziyyət neftə tələbatın perspektivi ilə bağlı narahatlıqları artırıb. Neft qiymətləri altı ayın ən aşağı səviyyəsinə düşüb.
Marja xəbər verir ki, ABŞ xam nefti son dörd seansda 5 faizdən çox ucuzlaşdıqdan sonra barreli 66 dollar səviyyələrində ticarət edilir. Brent nefti çərşənbə günü 70 dollardan aşağı bağlanıb. Bakı vaxtı ilə saat 08:40-da Brent nefti 69,70 dollardan ticarət olunub.
Bu gecə Brent neftin qiyməti 68,36 dollara, ABŞ xam neftinin qiyməti isə 65,31 dollara düşdükdən sonra bir qədər yüksəlib.
Trampın ticarət siyasətinin qlobal bazarları qarışdırması nəticəsində neft yanvarın ortalarından bəri təxminən 25 faiz ucuzlaşıb. Həmçinin, OPEC+ aprel ayında hasilatı artırmaq planına işarə edərək, aşağı istiqamətli "küləkləri" sürətləndirib. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hasilatı artırmaq üçün OPEC-ə təzyiq göstərir. Qeyd edək ki, Tramp neft qiymətlərini aşağı salacağına söz verib, bunun üçün ABŞ-da neft hasilatını artıracağını bildirib. ABŞ Prezidenti neft qiymətlərini aşağı salmağa çalışır.
Morgan Stanley ilin qalan hissəsi üçün Brent nefti üzrə proqnozunu aşağı salıb və qiymətin 2025-ci ilin ikinci yarısında 60 dollar ətrafında olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








