970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ADY və FHN növbəti birgə təlim keçirdi - VİDEO

AzVak-mobil_resmin_ustu_31
ADY və FHN növbəti birgə təlim keçirdi - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) fövqəladə hallar zamanı insanların təxliyəsi və təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirici tədbir və təlimlər keçirir.

Növbəti təlim Yevlax dəmiryol stansiyasının ərazisində ADY və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusuna həsr olunub.

Təlimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub.

ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baş tutub.

ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəm verir.

11.02.2025 17:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19