Bank yenilənmiş konseptli Xaçmaz filialını istifadəyə verdi
AccessBank Xaçmaz şəhərində yenilənmiş konseptli filialını istifadəyə verib. Filialın yenilənməsi, AccessBank-ın müştəri xidmətlərinin təkmilləşdirilməsi strategiyasının mühüm bir hissəsidir.
Bankın yaydığı məlumatda bildirilir ki, yenilənmiş filial, müasir tələblərə və innovativ həllərə uyğun olaraq dizayn edilib və N.Nərimanov küçəsi 215 ünvanında yerləşir. Yeni konseptdə əsas diqqət müştəri rahatlığına və sürətli, yüksək keyfiyyətli xidmətin təmin olunmasına yönəldilib. Burada müştərilərə kreditlər, o cümlədən mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.
"AccessBank ötən ildən filial şəbəkəsinin aktiv genişləndirilməsinə başlayıb və filialların sayını 35-ə çatdırıb. 2025-ci il ərzində də biz Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və bizneslərə müasir və keyfiyyətli maliyyə xidmətləri təklif etməyə davam edəcəyik. Yeni konseptli Xaçmaz filialının istifadəyə verilməsi, ölkə miqyasında müştərilərimizə ən müasir bank xidmətlərini təqdim etmək hədəfimizə bir addım daha irəliləməyimiz deməkdir", - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)






.jpg)







