"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2 dəfə artıb
"Bank Melli İran" Bakı filialı 2024-cü ili 7 milyon 716 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ili 3 milyon 871 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü illə müqayisədə 2024-cü ildə "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 3 milyon 845 min manat və ya 2 dəfə (100%-ə yaxın) artıb.
Marja.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2023-cü ildə 3 milyon 98 min manat ikən, 2024-cü ildə 5 milyon 71 min manat yüksəlib (1 milyon 972 min manat və ya 63,6% artıb). Bankın xalis faiz gəlirləri isə 3 milyon 58 min manatdan 5 milyon 70 min manata yüksəlib.
"Bank Melli İran" Bakı filialında aktivlər üzrə yaradılmış ehtiyatdan azad olan məbləğ 2023-cü ildə 3 milyon 247 min manat ikən, 2024-cü ildə 6 milyon 624 min manat təşkil edib (3 milyon 377 min manat və ya 2 dəfə artıb ).
Ötən il Filialın xarici valyuta əməliyyatları üzrə gəlirləri, xarici valyuta əməliyyatları üzrə gəlirləri azalıb, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər edib
Ötən il "Bank Melli İran" Bakı filialının cəmi əməliyyat gəlirləri 11 milyon 721 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 436 min manat, vergidən əvvəlki mənfəəti 9 milyon 285 min manat təşkil edib. Filial mənfəətindən 1 milyon 568 min manat mənfəət vergisi ödəyib.
Həm faiz gəlirlərinin artması, həm də aktivlər üzrə yaradılmış ehtiyatdan azad olan məbləğin artması "Bank Melli İran" Bakı filialının xalis mənfəətinin artmasına təsir göstərib.
2024-cü ildə "Bank Melli İran" Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2,7 dəfə azalaraq 1 milyon 496 min manata geriləyib. Maliyyə institutlarından alınacaq vəsaitlər isə 8 milyon 118 min manat və ya 25%-ə yaxın artaraq 40 milyon 765 min manata yüksəlib. Qiymətli kağızlara investisiyalar 2 milyon 352 min manat və ya 6,7% azalaraq 32 milyon 762 min manata düşüb.
31 dekabr 2024-cü il tarixində "Bank Melli İran" Bakı filialı 119 milyon 106 min manat cəmi aktivlərə malik olub. Filial 2023-cü ilin sonunda 121 milyon 764 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)



