Tesla-nın bazar dəyəri bütün avtomobil şirkətlərinin bazar dəyərinə çatır
1,4 trilyon dollara yaxınlaşan bazar dəyəri ilə Tesla qlobal avtomobil sənayesindəki bütün digər böyük şirkətlərin ümumi dəyərinə çatır. Tesla-nın bazar dəyəri təxminən 1,40 trilyon dollar, digər 51 avtomobil istehsalçısının bazar dəyəri də təxminən 1,40 trilyon dollardır.Bazar dəyəri bir milyard dollardan çox olan 52 avtomobil istehsalçısının məlumatlarından toplanan məlumata görə, bu şirkətlərin ümumi bazar dəyəri təxminən 2,82 trilyon dollardır.
Marja.az xəbər verir ki, siyahıda 1.38 trilyon dollarlıq bazar dəyəri ilə ABŞ-ın Tesla şirkəti 1-ci yerdə qərarlaşıb.
Beləliklə, elektrik avtomobilləri sahəsində qabaqcıl olan Tesla şirkəti bu bazar dəyəri ilə qlobal avtomobil sənayesindəki digər 51 böyük istehsalçının ümumi bazar dəyərinə yaxınlaşıb.
Bazar dəyəri üzrə Tesla-ya ən yaxın şirkət Yaponiyanın Toyota markası olub. Toyota-nın bazar dəyəri təxminən 237,6 milyard dollardır.
Siyahıda üçüncü yeri 110,7 milyard dollar bazar dəyəri ilə Çinin BYD, dördüncü yeri 102,5 milyard dollarla Xiaomi, beşinci yeri isə 77 milyard dollarla İtalyan Ferrari şirkəti tutur.
ABŞ-da yerləşən General Motors 57,8 milyard dollar bazar dəyəri ilə altıncı, Almananiya şirkəti Porsche 55 milyard dollarla yeddinci, Mercedes-Benz isə 52,8 milyard dollarla səkkizinci yerdədir.
BMW və Volkswagen müvafiq olaraq 49,1 və 45,4 milyard dollar bazar dəyəri ilə dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasındadır.
Tesla istisna olmaqla bu 9 böyük şirkətin ümumi bazar dəyəri 788 milyard dollardır.
Bazar dəyəri bir milyard dollardan çox olan digər avtomobil istehsalçılarına Honda, Hindistanda yerləşən Mahindra&Mahindra, Maruti Suzuki, Ford, Stellantis, Hyundai, Tata Motors, SAIC Motor, Kia və Seres Group (Çin) kimi şirkətlər daxildir.
Digər tərəfdən, şirkətlərin bazar dəyəri və avtomobil satışları ilə bağlı reytinqləri çox dəyişir.
ABŞ-da yerləşən F&I Tools şirkətinin məlumatlarına görə, Toyota 10,3 milyon ədədlə keçən il dünyada ən çox avtomobil satan şirkətlər arasında birinci yerdədir.
Keçən il 9,2 milyon ədəd satış ilə 2-ci yerdə olan Volkswagen-in ardınca 7,3 milyon satışla Hyundai-Kia, 6,4 milyon satışla Stellantis Group, 6,2 milyon satışla General Motors, 4,4 milyon satışla Ford, 4,2 milyon satışla Honda, 3,4 milyon satışla Nissan və 2,6 milyon satışla BMW gəlir.
2023-cü ilin sonuna Tesla-nın ümumi satışları 1,81 milyon təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)



.jpg)







