“Sevinc Mall”da “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb - FOTO
“McDonald’s Azərbaycan”ın sayca 29-cu restoranının açılışı “Sevinc Mall” ticarət və əyləncə mərkəzində baş tutub.
Restoran “Qara Qarayev” metro stansiyasının yaxınlığında, Tofiq Abbasov küçəsi 5 ünvanında yerləşir.
Estetik cəlbediciliyi və funksionallığı özündə birləşdirən müasir “Ray” üslubunda dizayn edilmiş yeni restoran qonaqlar üçün sifariş prosesini asanlaşdıran özünəxidmət köşkləri ilə təchiz edilib.
Bu restoranın açılması ilə 60 yeni iş yeri yaradılıb.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald's” 25 il ərzində yerli istehsalın genişləndirilməsinə töhfə verərək ölkənin qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. Təchizat və logistika, rekruitment, informasiya texnologiyaları, marketinq və s. kimi müxtəlif sahələri təmsil edən 100-dən çox Azərbaycan şirkəti ilə əməkdaşlıq edən “McDonald's” yerli podratçılarla əməkdaşlığa xüsusi önəm verir.
Qonaqlar üçün müasir şərait yaradan, yüksək keyfiyyət və xidmət standartlarına sadiqliyini gücləndirən “McDonald's” öz şəbəkəsini genişləndirməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)




