Yüksək Texnologiyalar Parkı və “EPC Group” müqavilə imzaladı
Avqustun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə “EPC Group” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə Yüksək Texnologiyalar Parkından məlumat verilib.
İmzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə əməkdaşlıq perspektivlərindən söz açaraq bildirib ki, əsas məqsəd elm və biznesin vəhdətinin təşkilidir. A.Əlizadə bildirib ki, elm və istehsalatın inteqrasiyasını təmin etmək Azərbaycan elmi üçün əhəmiyyətli yenilikdir. Bu istiqamətdə əldə olunan nəticələr AMEA-nın elmi-ictimai həyatında mühüm nailiyyətlərin qazanılmasına təkan verəcək.
“EPC Group”un direktoru Məhəmməd Miyabi rəhbərlik etdiyi şirkətin elmi tədqiqatlar və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, əsasən mühəndislik üzrə ixtisaslaşan “EPC Group” böyük biznes komandasına və investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Müxtəlif ixtiraların, elmi tədqiqatların nəticələrinin tətbiqini həyata keçirən “EPC Group” texnologiyaların inkişafının uğurlu nəticələrini mövcud beynəlxalq şəbəkə imkanlarından istifadə etməklə kommersiyalaşdırmağı qarşısına məqsəd qoyub.
Daha sonra Reza Vaziri çıxış edərək təmsil etdiyi qurumun AMEA ilə əməkdaşlığının təməlinin qoyulduğunu deyib, bu əlaqələrin bütövlükdə Azərbaycan elminin yüksəlişində mühüm rol oynayacağına əminliyini bildirib.
AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev cari ilin fevral ayında iki qurum arasında imzalanmış əməkdaşlıq sazişini xatırladaraq bildirib ki, 6 ay ərzində mütəmadi görüşlər keçirilib, birgə layihələrin təşkili ilə bağlı geniş müzakirələr aparılıb. Azərbaycanda elm potensialından istifadə etməklə innovativ layihələrin istehsalata ötürülməsinin vacibliyini vurğulayan YTP-nin direktoru qeyd edib ki, bu gün imzalanacaq müqavilə ölkədə elmlə biznesin inteqrasiyasına dair ilk sənəd olacaq. Elmi tədqiqatların aparılmasında sahibkarlığın xüsusi rolunu qeyd edən V.Babayev müqavilədə biotexnologiya mərkəzinin yaradılması, elmi işlərə dəstəyin göstərilməsi kimi bir çox məsələlərin öz əksini tapdığını bildirib.
V.Babayev elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsulların yalnız daxili bazar üçün deyil, eyni zamanda, xarici bazar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyətini yüksək qiymətləndirib. Bir il ərzində YTP-nin ölkədə böyük nüfuz qazandığını və bir çox nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. Bu qurumun biznes təfəkkürü və innovativ düşüncənin inkişafına təkan verdiyini, müvafiq sahələrdə əməkdaşlıq imkanlarını genişləndirdiyini vurğulayıb. Fundamental tədqiqatların aparılmasının AMEA-nın prioritetlərindən olduğunu söyləyən alim artıq bu qurumda elm və kommersiyanın inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması ilə bağlı kompleks tədbirlərin görüldüyünü qeyd edib.
Sonda iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi YTP-nin direktoru V.Babayev və “EPC Group” MMC-nin rəhbəri M.Miyabi imzalayıblar.
Müqavilədə “EPC Group”un fəaliyyəti üçün YTP-yə aid sənaye sahəsində lazımi şəraitin təmin olunması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində innovativ layihələrin həyata keçirilməsi üçün laboratoriyaların müasir texniki avadanlıqlarla təchiz olunması, pilot qurğuların yaradılması məqsədilə lazım olan ərazinin təşkili və işçi qrupunun formalaşması məsələləri nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 2 d. əvvəl
-
9 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
21 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
35 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
50 d. əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
-
2 saat əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb







.webp)








.jpg)






.jpg)


