"Burma" QSC-nin gəliri 43 dəfə artıb, Şirkət zərərdən mənfəətə keçib
Ərzaq məhsullarının istehsalı, topdan və pərakəndə satışı fəaliyyətləri ilə məşğul olan "Burma" QSC 2023-cü ili 177 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, QSC 2022-ci ili 114 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Burma" şirkətinin ümumi gəlirləri 2022-ci ildə 212 min manat ikən, 2023-cü ildə 9 milyon 69 min manat təşkil edib (43 dəfəyə yaxın artıb). Ötən il Şirkətin xərcləri isə 26 dəfə artaraq 8 milyon 600 min manat olub. Şirkət 469 min manat ümumi mənfəətindən keçmiş illərin zərərini kompensasiya edib, mənfəət vergisi ödəyib.
2022-ci ildə "Burma" QSC-nin 212 min manat ümumi gəlirinə qarşı, ümumi xərci 326 min manat təşkil etmişdi.
31 dekabr 2023-cü il tarixində "Burma" QSC 6 milyon 283 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 764 min manat cəmi aktivlərə malik idi. Ötən il "Burma" QSC-nin cəmi aktivləri 8 dəfədən çox artıb.
2020-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınmış "Burma" QSC-nin İdarə Heyətinin sədri Məhərrəmov Vüqar Maqsud oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 1-ci dairəvi ev.16-dır.
"Burma" uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olur. Bakıda "Burma" adlı restoranlar da fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








