Ləğv prosesində olan “Muğanbank”ın qorunan əmanətçilərinin diqqətinə!
Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, LPO “Muğanbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinin yeri və vaxtı haqqında məlumat verilməsinə dair ilk bildiriş 01 noyabr 2023-cü il tarixdə KİV-lərdə dərc edilmişdir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun tələblərinə əsasən LPO “Muğanbank” ASC-nin qorunan əmanətçiləri üçün bu müddət 01 noyabr 2024-cü il tarixdə bitir. Bildiririk ki, kompensasiyaların ödənilməsi "Kapitalbank" ASC və "ABB" ASC vasitəsilə həyata keçirilir.
Qeyd edilib ki, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə sözügedən bir il müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 (beş) il müddətində saxlanılır.
Əlavə olaraq qeyd edilib ki, ötən ilin noyabr ayının 27-dən cari ilin oktyabr ayının 18-dək LPO “Muğanbank” ASC-nin 7434 əmanətçisinə 198,278,930.92 manat ekvivalentində (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənişi həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)








.jpg)




