"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"
"Məlum olduğu kimi iqlim dəyişiklikləri dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatının dayanıqlığına təsir göstərən mühüm çağırışlardan hesab olunur. Bu çağırışların aradan qaldırılması ümumiyyətlə, yaşıl iqtisadiyyata keçid mühüm prioritetlərdən biridir. Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır".
Marja xəbər verir ki, bunu 18 oktyabr 2024-cü il tarixində keçirilən “YAŞIL MALİYYƏ VƏ DAYANIQLI İNKİŞAF FORUMU”-da çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, yaşıl iqtisadiyyatın inkişafı üçün ən mühüm şərtlərdən biri yaşıl maliyyənin mövcudluğudur:
"Bu istiqamətdə bir sıra işlər görülməlidir:
1) cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalı,
2) maraqlı tərəflər arasında dialoq qurulmalı və
3) yaşıl maliyyənin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır.
Qeyd etdiyim tədbirlər Mərkəzi Bankın strateji gündəliyinin nüvəsini təşkil edir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən yaşıl maliyyə üzrə tənzimləyici çərçivə də təkmilləşdirilir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir".
Taleh Kazımov strateji çərçivədə həyata keçirdikləri bir sıra mühüm təşəbbüsləri vurğulayıb:
"2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanmışdır ki, bu da dayanıqlı iqtisadi inkişafda maliyyə sektorunun rolunun gücləndirilməsi məqsədini daşıyır.
Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq.
Mərkəzi Bank tərəfindən dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar ilə birlikdə taksonomiyanın ilkin versiyasi üzrə məsləhətləşmələr keçirilmişdir.
Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanmışdır. Artıq layihə hökumətə təqdim olunub.
İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanmışdır. Bu təlimatlar ekoloji, sosial və idarəetmə amillərinin bank tərəfindən hazırlanmış strategiyalara inteqrasiyasını dəstəkləyir".
Mərkəzi Bankın sədri qeyd edib ki, ölkədə fəaliyyət göstərən maliyyə institutlarının potensialının gücləndirilməsi məqsədilə qlobal maliyyə təşkilatları (Dünya Bankı, BMK, AYİB, EY və s.) ilə əməkdaşlıq çərçivəsində bir sıra seminarlar, sessiyalar və təlimlər təşkil edilmişdir.
"Bildiyiniz kimi, bank sektoru iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi kimi iqlim maliyyəsinin inkişafında mühüm rola malikdir. Hazırda bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq çərçivəsində dayanıqlı maliyyə prinsiplərinin tətbiqini həyata keçirir.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır. Bu, sektorun iqlim dəyişikliklərinə qarşı mübarizədə iqtisadiyyat üçün zəruri resurs ayırdığını nümayiş etdirir".
Taleh Kazımov əlavə edib ki, sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir: "Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avto sığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əminəm ki, bütün bu təşəbbüslər ölkədə yaşıl maliyyələşmə imkanlarının genişlənməsinə imkan verəcəkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
25 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
32 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)












.jpg)



