İnşaat şirkəti 85 milyon manat gəlir, 13,6 milyon manat xalis mənfəət əldə edib
"Mərmər İnşaat" ASC 2023-cü ili 13 milyon 606 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 827 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Mərmər İnşaat"ın xalis mənfəəti 4,8 dəfə artıb.
Marja.az xəbər verir ki, "Mərmər İnşaat" şirkəti tikinti şirkətlərinə podrat xidmətləri göstərərək 2023-cü ildə 84 milyon 992 min manatlıq satış xidmətləri göstərib. 2022-ci ildə Şirkətin satışı 33 milyon 311 min manat məbləğində olmuşdu. Beləliklə, ötən il "Mərmər İnşaat"ın satışdan gəliri 2,6 dəfə artıb.
31 dekabr 2023-cü il tarixində "Mərmər İnşaat" ASC 52 milyon 497 min manat cəmi aktivlərə, 38 milyon 341 min manat cəmi öhdəliklərə, 14 milyon 155 min manat cəmi kapitala malik olub. Şirkət 2022-ci ilin sonunda 42 milyon 628 min manat cəmi aktivlərə malik idi.
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Mərmər İnşaat" ASC qeyri-yaşayış binalarının (zavod, sex, xəstəxana, ofis, məktəb, restoran, mağaza və s.) tikintisi ilə məşğul olur.
"Mərmər İnşaat" ASC-nin səhmlərinin 100%-i (hər birinin nominal dəyəri 1000 manat olan 1500 səhm) Axundova Hürzat Adil qızına məxsusdur.
Qeyd edək ki, "Mərmər İnşaat" ASC hər birinin nomnal dəyəri 1000 manat 100 ədəd adi, adlı və səndsiz səhmlər emissiya edib. Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa Şirkətin nizamnamə kapitalı 1 milyon 500 min manatdan 1 milyon 600 min manata yüksələcəkdir. Səhmlərin emissiyası və yerləşdirilməsi üzrə anderayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
46 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
54 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)













.jpg)



