Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Dotcom hesab edir ki, ABŞ iqtisadiyyatı tarixin ən böyük çöküşünə doğru gedir

"Megaupload" fayl paylaşma şəbəkəsinin yaradıcısı əmindir ki, hiperinflyasiya ölkənin aktivlərini məhv edəcək.
AzVak-mobil_resmin_ustu_31
Dotcom hesab edir ki, ABŞ iqtisadiyyatı tarixin ən böyük çöküşünə doğru gedir
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Megaupload" fayl paylaşma şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, ABŞ tarixin ən böyük iqtisadi böhranı ilə üz-üzədir, bunun ardınca isə dollar dövrünün sonu gəlir.

Marja xəbər verir ki, Dotcom öz X (keçmiş Twitter) səhifəsində "ABŞ dollarının dominantlığının sonu... Borcunu artıra bilməyəcək" deyə yazıb və əlavə edib ki, pul çap etmək onların yeganə aləti olacaq.

İş adamının fikrincə, hiperinflyasiya ABŞ-ın aktivlərini məhv edəcək. O, "Tarixin ən böyük çöküşünü gözləyin" deyə xəbərdarlıq edib.

Dotcom 2005-ci ildə "Megaupload" fayl paylaşma şəbəkəsini qurduqdan sonra dünyanın bir çox ölkələrində internet istifadəçiləri arasında geniş şəkildə tanınıb. Bu fayl hostinq xidməti 2012-ci ildə Amerika hüquq-mühafizə orqanlarının təzyiqi ilə bağlandıqdan sonra o, daha bir oxşar resursu - "Mega"nı təsis edib və bu da tez bir zamanda bütün dünyada çox populyarlaşıb. 2010-cu ildən iş adamı Yeni Zelandiyada yaşayır. Yeni Zelandiya hakimiyyəti bu yaxınlarda Dotcom-u ABŞ-a ekstradisiya etmək qərarına gəlib. 

O, müəllif hüquqlarının pozulması, çirkli pulların yuyulması və reketçilikdə ittiham olunur.

ABŞ səlahiyyətliləri deyirlər ki, Dotcom (Almaniyada dünyaya gəlib və ilk adı Kim Schmitz olub ) və digər üç "Megaupload" meneceri, müəllif hüquqları ilə qorunan materialları saxlamaq və paylaşmaqla kinostudiyalara və səsyazma şirkətlərinə 500 milyon dollardan çox zərər vurub. 

fayl hostinq
17.08.2024 11:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19