Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da milli dövlət bayramı, Müstəqillik Günün olması ilə bağlı beynəlxalq birjalarda volatillik azalıb. Bazar iştirakçıları dünən Amerikada dərc olunan statistik məlumatları qiymətləndirir, lakin tətil ilə əlaqədar fəallıq azalıb.
Çərşənbə günü ABŞ-da Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı haqqında məlumatlar dərc olunub. Belə ki, “Automatic Data Processing” (ADP) analitik şirkətinin press-relizinə əsasən, may ayı ilə müqayisədə iyun ayında ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı 150 min artıb. Ekspertlər isə göstəricinin 163 min artacağını proqnozlaşdırmışdılar.
Eləcə də, ABŞ-da mənfi ticarət saldosu aprel ayı ilə müqayisədə may ayında 0.6 milyard dollar və ya 0.8% artaraq 75.1 milyard dollara çatıb. Ölkədə 29 iyunda sona çatan həftədə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 238 min nəfər olub, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi isə 54.8 bənd səviyyəsindən 55.3 bənd səviyyəsinə qədər yüksəlib.
Həmçinin investorların diqqəti dünən ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının dərc olunmuş protokollarına yönəlib. Toplantı protokollarında qeyd olunur ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) üzvləri inflyasiya təzyiqinin azaldığını və göstəricinin 2%-ə doğru irəlidiyini qeyd edirlər, lakin faiz dərəcəsini endirməzdən əvvəl əlavə məlumatların əldə edilməsini zəruri hesab edirlər.
Bugün investorlar Almaniyada açıqlanacaq sənaye sektorunda sifarişlərin həcmi və İsveçrədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi məlumatlarını diqqətlə izləyəcəklər. Həmçinin, Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının toplantı protokolları dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 19 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)






.jpg)







