Dünyanın aparıcı iki audit şirkəti böyük məbləğdə cərimələnib
Dünyanın aparıcı 4 audit şirkətindən ikisi KPMG və PwC müstəqil nəzarəti həyata keçirərkən yol verdikləri nöqsanlara görə cərimələnib.
Rusiya KİV-ləri xəbər verir ki, KPMG 2011-ci ildə neft-qaz şirkəti olan “Miller Energy Resources”in auditini keyfiyyətsiz apardığına görə ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası tərəfindən 6,2 mln. dollar (4,8 mln. funt sterlinq) məbləğində cərimələnib. Məlumata görə, KPMG “Miller Energy Resources”in bəzi aktivlərinin dəyərinin 100 dəfə şişirdilməsi faktına diqqət yetirməməkdə günahlandırılır.
Bundan başqa, Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurası 2011-ci ildə “RSM Tenon Group”da apardığı audit zamanı yol verdiyi nöqsana görə "PricewaterhouseCoopers"i (PwC) cərimələyib. PwC-nin bonus ödənişləri, istehsalın tam yerinə yetirilməməsinə görə müqavilədə nəzərdə tutulan kompensasiya məbləğinin qeydiyyatının müəyyən aspektləri, icarə ödənişlərinin qeydiyyatı, müəssisənin kapitalının təmininin qiymətləndirilməsində nöqsanlara yol verib. PwC şirkəti həyata keçirilmiş auditin peşəkar standartlara uyğun olmadığını qəbul edib.
Qeyd edək ki, qərara əsasən, PwC 5,1 mln. funt sterlinq məbləğində cərimə ödəməlidir. “Bloomberg” agentliyinin məlumatına görə, bu, nizamlayıcının fəaliyyəti dövründə qeydə alınmış ən iri cərimədir. Qeyd edək ki, PwC Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının xərclərini örtmək üçün 500 min funt sterlinq ödəməlidir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)

