Yanvarda Azərbaycanda xarici valyutada verilən kreditlər kəskin artıb
2024-cü ilin Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. Ötən ilin Dekabr ayının sonunda xarici valyutada müştərilərə verilmiş cəmi kreditlər 4 milyard 366,8 milyon manat təşkil etmişdi.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, dekabrda bankların cəmi kredit portfeli 383,3 milyon manat artaraq 23 milyard 566,3 milyon manata, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kredit portfeli) 354,9 milyon manat artaraq 22 milyard 199,6 milyon manata yüksəlib. O cümlədən xarici valyutada xalis kreditlər 314,1 milyon manat artaraq 4 milyard 552,12 milyon manata çatıb.
2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlər ilə bağlı olub.
2023-cü ildə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli cəmi 434,4 milyon manat, hər ay orta hesabla 36,2 milyon manat artmışdır.
2024-cü ilin Yanvar ayında Azərbaycan banklarının kredit portfelinin (müştərilərə verilmiş kreditlər) artmasına ən böyük töhfəni biznes kreditlərindəki artım verib. Belə ki, bankların cəmi biznes kreditləri portfeli 2024-cü ilin yanvar ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə 296,1 milyon manat artaraq 12 milyard 912,9 milyon manata çatıb.
Yanvarda istehlak kreditləri portfeli isə 71 milyon manat artaraq 7 milyard 8 milyon manata, ipoteka kreditləri portfeli isə 16,3 milyon manat artaraq 3 milyard 645,5 milyon manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)





.jpg)







