Əhaliyə bazara gətirilən sertifikatsız “Wi-Fi”lar ilə bağlı çağırış edildi
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşları uyğunluq sertifikatı olan telekommunikasiya vasitələri və qurğularından istifadə etməyə çağırır.
İKTA bəyan edir ki, uyğunluq sertifikatı olmayan avadanlıqlardan istifadə edilməsi ölkənin iqtisadi maraqlarına zidd olmaqla yanaşı, sağlam rəqabət mühitinin formalaşmasına, bazara keyfiyyətli telekommunikasiya vasitələrinin və qurğularının daxil olmasına mane olur. Xüsusilə bazara gətirilən sertifikatı olmayan “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür ki, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.
Tənzimləyici qurum son zamanlar vətəndaşlardan ölkə daxilində uyğunluq sertifikatı olmayan avadanlıqların satışı və bu istiqamətdə şikayətlərin artmasından da narahatdır.
İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və sertifikatı olmayan telekommunikasiya vasitələri və qurğuları ilə bağlı aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
58 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)
