"Rabitəbank" 2023-cü ili xalis mənfəətini artıraraq başa vurub
"Rabitəbank" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Rabitəbank" ASC 2023-cü ili 13 milyon 61 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 181 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Rabitəbank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 880 min manat və ya 16,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
2023-cü ildə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 142 milyon 715 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 118 milyon 452 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 263 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 750 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 5 milyon 451 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 117 milyon 223 min manat, cəmi əməliyyat xərcləri 96 milyon 596 min manat, əməliyyat mənfəəti 20 milyon 627 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 3 milyon 562 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış, 5 milyon 882 min manat mənfəət vergisi ödəmişdi.
2023-cü ildə "Rabitəbank"ın faiz gəlirləri 31,2% artaraq 91 milyon 123 min manat, qeyri-faiz gəlirləri isə 5,7% artaraq 51 milyon 592 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ 110 MİLYON MANATDAN ÇOX ARTIB
2023-cü ildə "Rabitəbank"ın cəmi aktivləri 19,2% artaraq 31 dekabr 2023-cü il tarixində 1 milyard 138 milyon 450 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli 110 milyon 282 min manat artaraq 721 milyon 159 min manata çatıb. Ötən il "Rabitəbank"ın istehlak kreditləri portfeli 34 milyon 29 min manat artaraq 239 milyon 634 min manata, biznes kreditləri portfeli 40 milyon 1 min manat artaraq 345 milyon 405 min manata, ipoteka kreditləri portfeli isə 36 milyon 252 min manat artaraq 136 milyon 120 min manata yüksəlib.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİNDƏ BÖYÜK ARTIM
2023-cü ildə "Rabitəbank"da depozitlər 146 milyon 821 min manat və ya 24,2% artaraq 753 milyon 824 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 128 milyon 354 min manat artaraq 445 milyon 386 min manata, hüquqi şəxslərin depozitləri isə 18 milyon 466 min manat arataraq 308 milyon 438 min manata qalxıb.
31 dekabr 2023-cü il tarixində "Rabitəbank" ASC 112 milyon 419 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
16 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək



















.jpg)



