"Mən Türk lirəsinin 2024-də ucuzlaşacağını gözləmirəm, bahalaşacağı bir il ola bilər"
Türkiyə "İş Bank"ın (İş Bankası) baş direktoru Hakan Aran, "Bu il Türk Lirəsinə ucuzlaşma gözləmirəm. Devalvasiya gözləntim“sıfır”dır ki, bu da dollarda qalanların ziyanına ola bilər”, deyib."Türkiye İş Bankası"nın (İş Bank) Baş direktoru Hakan Aran ölkə iqtisadiyyatla bağlı 2024-cü ilin ilk qiymətləndirməsini edib.
Marja.az xəbər verir ki, Hakan Aran, “Türkiyə üçün çox ümidliyəm, deyə bilərəm ki, yeni il tətilindən sonra xarici investorlar gurultu ilə gələcəklər. Düşünürəm ki, bunun təsirlərini əvvəlcə istiqraz, sonra isə birja tərəfində görəcəyik",- qeyd edib.
Məzənnədə artım gözləyənlərin yanıldığı bir il olacağını bildirən Hakan Aran deyib: “Hazırda Türkiyədə yüksək faiz dərəcələri tətbiq edilib. Açıqlanan inflyasiya keçmişin faizidir, ödədiyimiz faiz növbəti 3 ayın faizidir. Buna diqqət yetirmək lazımdır. Bu il devalvasiya gözləntim “sıfırdır”. Bunun olacağını düşünmürəm, dollarda qalanlar üçün dezavantaj (ziyanına -red) ola bilər. Türk lirəsinin həddindən artıq bahalaşacağı bir il ola bilər".
“Faizlər əcnəbilərin gəlməsi üçün kifayətdir”
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankın (TCMB) faiz siyasəti ilə bağlı açıqlamalar verən "İş Bank"ın baş direktoru, “Siyasət faiz dərəcəsi xarici investorları cəlb etmək üçün kifayət qədər yüksək səviyyədədir. Mərkəzi Bankın göstərdiyi daha 2,5 bənd faiz artımı var. Ancaq hazırkı 45 faiz dərəcəsi də bəzi şirkətlər üçün ağırdır. Bu, məşğulluğu bir qədər azalda bilər. Hazırda tekstil kimi sahələrdə bunun əlamətlərini görürük. Mərkəzi Bank faizini artırmaqda davam edərsə, bu, iqtisadi artımın sürətinin və məşğulluğun azalmasına səbəb ola bilər. Düşünürəm ki, inflyasiya gözləntilərinin yaxşılaşması ilə biz faiz dərəcəsinin nə vaxt azalacağı barədə danışmağa başlayacağıq", bildirib.
“Aylıq inflyasiyanın 3 faizdən aşağı olması ağlabatandır”
Dünən açıqlanan inflyasiya məlumatlarını dəyərləndirən Hakan Aran, "Aylıq inflyasiya nisbətlərinin 3 faizdən aşağı olması olduqca məqbuldur. Əgər 3 faizin altında qalmağa davam edərsə, Mərkəzi Bankın il sonu üçün açıqladığı 36-42 faiz hədəfinə nail ola bilər. Hesab edirəm ki, bu il Mərkəzi Bankın inflyasiya hədəfinə çatacağı il olacaq" deyib.
“Kredit vermək üçün müştəri tapmaqda çətinlik çəkirik”
Kredit faizlərinin qalxmasından danışan Hakan Aran bunları deyib: “Əvvəllər banklar kommersiya krediti verməkdə tərəddüd edirdilər. İndi banklarda iştaha var, amma faizlər yüksək olduğundan müştərilər tərəddüd edirlər. Tarixdə ilk dəfə olaraq TL əmanətləri TL kreditlərini ötüb. Beləliklə, biz çoxlu əmanət toplamağa başladıq, amma onu kreditə çevirə bilmirik. Xarici valyutada proqnozlaşdırıla bilən olarsa, valyuta kreditlərində artım ola bilər. 2034-cü ilin ikinci yarısında faiz dərəcələri azaldıqca kredit xərcləri də azalacaq. Əvvəllər banklar kredit vermirdisə, indi sahibkarlar kredit götürmək istəmir. Düşünürəm ki, bu balans ilin ikinci yarısında yerinə oturacaq”.
“Qeyri-işlək kreditlər arta bilər”
Banklar olaraq məhsuldar sahələrə və şirkətlərə resurs vermək istədiklərini qeyd edən Aran, “Qeyri-işlək kredit nisbətində cüzi artım gözləyirəm. Amma bank sektoru riskləri idarə edə biləcək səviyyədədir. Kredit kartlarının təsiri ilə istehlak kreditləri biznes kreditlərini üstələsə də, bu müvəqqəti bir vəziyyətdir. 2024-cü ildə də davam etməyəcək", - bildirib.
Qeyd edək ki, bu gün Türkiyənin Maliyyə naziri Mehmet Şimşək, "2024-cü ildə iqtisadi artım zəif olacaq. İnflyasiyanın azalması davam edəcək. 2024-cü ildə daha dəstəkləyici maliyyə şərtlərinə və daha yumşaq pul siyasətinə başlanacaq" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
17 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
18 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
18 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)













.jpg)