Coca-Cola-nın “Yeni İl Karvanı” Bakıya gəlir
(®) Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” Azərbaycana səfərini Bakı şəhərində tamamlayır. Karvan öz əyləncəli şousu ilə 30 dekabrda Bakı şəhər sakinlərinin görüşünə gəlir.
Bundan əvvəl Karvan Gəncə, Qəbələ, İsmayıllı, Lənəkran və Sumqayıt şəhərlərinin qonağı olub.
Coca‑Cola şirkətinin rəsmisi bildirib ki, Karvan qonaqlarını musiqili və əyləncəli şou ilə qarşılayır: “Artıq bir neçə gündür Azərbaycanı şəhər-şəhər dolaşan Karvan nəhayət səfərinin sonuna çatır. Coca-Cola Yeni İl Karvanı ilə Bakı sakinlərinə də bayram əhvalı ötürür. İnanırıq ki, Karvanın qonağı olan hər kəs unudulmaz bayram ab-havasının şahidi olacaq”.
Bildirək ki, Coca‑Cola-nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. Coca-Cola “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.
Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Ən çox oxunanlar
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb
BYD Türkiyədə qurmağı planlaşdırdığı zavod layihəsini dayandırıb
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb




















