"Muğanbank"a qarşı tələblərin qeydiyyat müddəti uzadılıb
Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
Fondun yaydığı məlumatda bildirilir ki, 27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılmışdır. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Adıçəkilən Qanunun 76.1-ci maddəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarına əsasən ləğv prosesində olan “Muğanbank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti 30 gün uzadılmışdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
kreditorun adı və ünvanı;
tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Muğanbank” ASC–nin kreditorlarından xahiş olunur ki, 24 yanvar 2024-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Muğanbank” ASC–nin Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.
Əlaqə: (+994) 941.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 13 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)








