“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avstraliya Mərkəzi bankından faiz qərar, ABŞ-dan Tədiyyə balansı göstəriciləri, İngiltərədən ÜDM məlumatları fonunda birjalar.“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Oktyabr ayı üçün həlledici göstərici olan ABŞ-nın əmək bazarı hesabatı gözləntilərin altında daha zəif açıqlandı. ABŞ əmək bazarının soyuması Federal Ehtiyatlar Sisteminin sədrinə və onun həmkarlarına dekabr ayında faiz dərəcələrini dəyişməz saxlamaq imkanı verir və mərkəzi bankın faiz artımının başa çatdığına dair bazar fikrini gücləndirir - bütün bunlar diqqətin yumşaq endirimlərə yönəltdiyi bir vaxtda baş verir. Əmək Statistikaları Bürosunun cümə günü verdiyi məlumata görə, qeyri-kənd təsərrüfatı sektorunda yeni açılan iş yerləri yalnız 150 000 artıb, sentyabr ayında bu göstərici 297 000 idi. İşsizlik səviyyəsi hələ də normadan (5%) aşağı olan 3.9%-ə qədər yüksəldi və aylıq əmək haqqı artımı yavaşladı. Bu vəziyyətə görə FED-in faiz endirimlərinə 2024-cü ilin iyununda yox, may ayında başlaması gözləntiləri güclənmiş oldu.
Bazar iştirakçıları bu həftə Avstraliya Mərkəzi bankından faiz qərarı, ABŞ-dan Tədiyə balansı göstəriciləri, İngiltərədən ÜDM məlumatları, FED sərdi Cerom Pavel, AMB sədri Kristin Laqardın çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
NEFT
İsrailin Qəzzada yerüstü əməliyyatları genişləndirməsi bölgədə gərginliyin davam etməsinə səbəb olur. Ötən həftə ucuzlaşmaqda davam edən neft güclü dəstək səviyyəsi olan 85$ həddini qıra bilmədi və növbəti dəfə 90-91$ səviyyələrinə doğru hərəkət edə bilər.
XAU/USD
Ötən həftə davam edən gərginlik fonunda 2009$-a qədər bahalaşan qızıl, maksimumlarda möhkəmlənə bilməyərək 1970$-a qədər ucuzlaşmışdı. Dollar indeksində müşahidə olunan ucuzlaşma qızılın qiymətini yenidən 2000$-a qədər bahalaşdıra bilər.
EUR
Ötən həftə DXY indeksində mühaşidə olunan ucuzlaşma (-1%) digər əsas valyutalar kimi avronunda bahalaşmasına səbəb oldu. Bazar ertəsi Almaniyadan və Avrozonadan açıqlanacaq Xidmət sektorunda İşgüzarlıq aktivliyi indeksi, çərşənbə günü Almaniyadan inflyasiya göstəriciləri, cümə axşamı AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar volatilliyə səbəb ola bilər.
GBP
Bazar ertəsi açıqlanacaq İngiltərə Tikinti sektorunda Aktivlik indeksi, çərşənbə günü İngiltərə bankının sədri Beylinin çıxışı və cümə günü İngiltərədə ÜDM göstəriciləri funtun qiymətində dalğalanmalara səbəb ola bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma



















.jpg)





