Azərbaycanın tranzit imkanları “TransLogistica Uzbekistan 2023” sərgisində təqdim olunur
(®) 2023-cü il noyabrın 1-dən 3-dək Özbəkistanın paytaxtı Daşkənd regional logistika və nəqliyyat mərkəzinə çevrilib. Burada 19-cu beynəlxalq “TransLogistica Uzbekistan 2023” sərgisi keçirilir. Tədbir müxtəlif ölkələrdən nəqliyyat və logistika sahəsini təmsil edən aparıcı şirkətləri bir araya gətirib. Sərgidə 15 ölkədən 200-dən çox şirkət iştirak edir və üç günü ərzində 3000-dən çox ziyarətçinin gəlməsi gözlənilir.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC və iki törəmə şirkət olan “ADY Express” və “ADY Container” şirkətləri də iştirak edir. Bu şirkətlər yükdaşıma və logistika sahəsində öz qabaqcıl təcrübəsini təqdim edirlər. Bundan əlavə, “ADY Express” və “ADY Container” şirkətləri Azərbaycan ərazisindən keçən mühüm tranzit dəhlizlərinin əsas iştirakçıları kimi çıxış edərək bu nəqliyyat marşrutlarının imkanlarını təqdim edir.
Marja Səhmdar Cəmiyyətə istinadən bildirir ki, keçirilən görüşlər və danışıqlar zamanı şirkətlər müxtəlif sahələri əhatə edən geniş çeşiddə logistik xidmətlər təklif edirlər. Sərgi iştirakçıları bu şirkətlərin işi ilə tanış olur və əməkdaşlıq imkanları haqqında daha çox məlumat əldə edə bilirlər.
Qeyd edək ki, “ADY Express” və “ADY ady Container” şirkətlərinin nümayəndələri sərgidə fəal iştirak edir, çoxsaylı görüşlər və danışıqlar aparırlar. Sərgi ilə paralel keçirilən nəqliyyat və logistika forumunda ADY Express şirkətinin rəhbərliyi də iştirak edir. Bu, təcrübə mübadiləsi, gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün əlavə bir imkandır.
“TransLogistica Uzbekistan 2023” sərgisi və nəqliyyat və logistika forumu mühüm regional tədbirlərdən biridir və sahənin əsas iştirakçıları arasında qarşılıqlı əlaqə üçün platforma yaradır.
Azərbaycan nümayəndələri bu fürsətdən istifadə edərək yeni tərəfdaşlar qazanmaq və ölkəmizin ərazisindən keçən tranzit marşrutlarına əlavə yüklərin cəlb edilməsi istiqamıtində fəaliyyət göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


