Birbank Biznes-dən bank sektorunda yenilik: “Maestro” tarifi
(®) Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir.
Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.
Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.
Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:
-Ölkədaxili milli valyutada köçürmələr
-Ölkəxarici köçürmələr
-Əməkhaqqı kartlarına mədaxil
-Valyuta mübadiləsi
-Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
-Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması
“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.
Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






