Türkiyə Mərkəzi Bankı faizini yenidən kəskin artırdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ölkədəki yüksək inflyasiyanı azaltmaq üçün faizini 5 bənd də artıraraq 25 faizdən 30 faizə qaldırıb.
Marja.az xəbər verir ki, proqnoz da Mərkəzi Bankın faizini 5 bənd artıracağı barədə idi.
TCMB faizini (uçot dərəcəsini) iyulda 2,50 bənd artıraraq 15%-dən 17,5%-ə, avqustda isə 7,50 bənd artıraraq 17,5%-dən 25%-ə yüksəltmişdi.
TCMB bu il 4-cü dəfədir faizini artırır.
TCMB-nin qərarında deyilir:
"İdarə Heyəti inflyasiyanı mümkün qədər tez aşağı salmaq və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesini davam etdirmək qərarına gəlib. İnflyasiya və onun əsas tendensiyası ilə bağlı göstəricilər yaxından izləniləcək və İdarə heyəti qiymət sabitliyini təmin etmək üçün sərəncamında olan bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək".
Mərkəzi Bank qeyd edib ki, iyul və avqust aylarında inflyasiya gözləntiləri üstələyib. Daxili tələbin güclü olması, xidmət qiymətlərinin artması, neft qiymətlərindəki artım inflyasiya üzərində əlavə yüksəliş təzyiqi yaradır.
Qeyd edilib ki, faizin artırılması inflyasiyanın tendensiyasını azaldacaq və orta müddətli dövrdə 5 faiz hədəfinə salacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)










