Amazon-ın satışı kəskin artıb, zərərdən mənfəətə keçib - SƏHMLƏRİ BAHALAŞIB
Onlayn pərakəndə satış şirkəti olan Amazon-ın 2023-cü ilin birinci yarısında (yanvar-iyun) 9 milyard 922 milyon dollar xalis mənfəət əldə edib. Şirkət ötən ilin eyni dövründə 5 milyard 872 milyon dollar etmişdi.
Marja.az xəbər verir ki, səhmbaşına mənfəət 2022-ci ilin ilk altı ayında 0,58 dollar zərərdən sonra, 0,95 dollar mənfəət olub.
Cari ilin ilk 6 ayında Şirkətin satışları 10,1% artaraq 261 milyard 741 milyon dollar təşkil edib.
Amazon 2023-cü ilin ikinci rübündə (aprel-iyun) ötən ilin eyni dövründəki 2 milyard 28 milyon dollar zərərdən sonra 6 milyard 750 milyon dollar xalis mənfəət əldə edib. Hesabat dövründə şirkətin satışları 10,8% artaraq 134 milyard 383 milyon dollar təşkil edib. Analitiklər 131 milyard 450 milyon dollar gəlir gözləyirdilər.
Şirkət 3-cü rübdə satışdan gəlirlərinin illik müqayisədə 9-13% artaraq 138-143 milyard dollar olacağını gözləyir. Əməliyyat mənfəəti 5,5-8,5 milyard dollar səviyyəsində gözlənilir (ötən ilin üçüncü rübündə bu rəqəm 2,5 milyard dollar idi).
Amazon dünyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biridir. ABŞ-dan başqa şirkət Kanada, Çin, Braziliya, Yaponiya və Avropada fəaliyyət göstərir. Amazon.com onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlayıb.
Ticarət məlumatlarına əsasən, Amazon onlayn pərakəndə satış şirkətinin səhmlərinin qiyməti şirkətin maliyyə hesabatlarının dərcindən sonra təxminən 9% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








