ABŞ şirkətilə Azərbaycanın turizm sektoruna sərmayə qoyulması müzakirə edilib
“Starwood Capital Group” şirkəti ilə görüşdə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə görüşüb.
Görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ və bərpa olunan enerji, logistika, turizm və digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə “Starwood Capital Group” şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub.
Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər və şirkətlə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-da yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit və enerji infrastrukturu sahüzrə investisiya yatırıb. Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








