Səudiyyənin valyuta ehtiyatları son 13 ilin ən aşağı səviyyəsindədir
Səudiyyə Ərəbistanının xalis valyuta ehtiyatları ölkənin neft gəlirlərini idarə etmə tərzində dəyişiklik etdikdən sonra azalmağa davam edərək aprel ayında son 13 ilin ən aşağı səviyyəsinə düşüb.Səudiyyə Ərəbistanının xalis valyuta ehtiyatları aprel ayında son 13 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, ölkənin Mərkəzi Bankının açıqladığı aylıq hesabatına görə, xalis valyuta ehtiyatları keçən ay 1,538 trilyon riyala (410 milyard dollar) düşüb və ardıcıl beşinci ayda da geriləyib.
Ehtiyatlar 2014-cü ilin avqustunda ən yüksək həddə çatdıqdan sonra 44 faiz azalıb.
Noyabr ayından bəri təxminən 42 milyard dollara çatan azalma, dünyanın ən böyük xam neft ixracatçısı olan ölkənin neft gəlirlərini idarə etməl tərzində dəyişiklikdən sonra baş verir.
Artan neft qiymətləri və hasilat nəticəsində əldə edilən vəsaitlər əvvəllər sürətlə valyuta ehtiyatlarına əlavə edilirdi. Rəsmilər bir il əvvəl krallığın pulları necə bölüşdürüləcəyinə daha sonra qərar verəcəyini bildirmişdilər.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il büdcədə 103,9 milyard riyal profisit yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








