"Faizlər nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN İnternational"a müsahibə verib.
Marja xəbər verir ki, Prezident Ərdoğan CNN telekanalına müsahibəsində faiz dərəcələrinin aşağı salınması qərarını müdafiə edərək, bunun artıq müsbət nəticələr verdiyini bildirib.
Ərdoğan, faiz dərəcələri ilə inflyasiya arasında bir əlaqə olduğunu deyib: "Faiz dərəcələri nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar. Atdığımız addımların nəticəsini gördük”.
Ərdoğanın fikirindən dönməməsi, əgər o yenidən Prezident seçilərsə, Türkiyə Mərkəzi Bankının faizlərini daha da aşağı sala biləcəyinə işarədir.
Ənənəvi iqtisadi siyasətə görə, yüksək inflyasiya dövrlərində mərkəzi banklar faiz artırırlar. Yüksək inflyasiyanın olduğu bir şəraitdə Türkiyə Mərkəzi Bankının faizini azaltması tənqid olunur.
Mayın 28-də Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
9 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
-
16 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib




















