Ortaq bank hesabı olan cütlüklərin nigahları daha dayanıqlıdır - ARAŞDIRMA
Yeni bir araşdırmaya görə, ortaq bank hesabı olan və maliyyələrini birlikdə idarə edən cütlüklərin nigahlarının daha dayanıqlı olduğu müşahidə edilib. Qısası, pullarını bir hesabda saxlayan ailələr daha az dağılır.ABŞ-da nəşr olunan “Journal of Consumer Resource” jurnalı tərəfindən aparılan araşdırmalar çərçivəsində 2 il ərzində 230 cütlük müşahidə edilib.
Marja.az xəbər verir ki, araşdırmaya daxil edilən cütlüklər ağdərili və qaradərililərdən ibarət olub, 10%-i uşaqlı və ev təsərrüfatlarının orta gəliri 50 min dollar təşkil edib.
İlk dəfə evlənən 230 cütlük əvvəlcə ayrı-ayrı bank hesabları ilə prosesə başlayıblar, daha sonra iştirakçılar 3 qrupa bölünüb.
Birinci qrupa ayrı-ayrı bank hesabları ilə davam etmək, ikinci qrupa ortaq hesaba keçmək (pullarını bir hesabda saxlamaq), üçüncü qrupa isə özlərinin qərar vermələri tapşırılıb.
Ortaq bank hesabı açacaqları deyilən cütlüklər arasındakı bağlılığın, ayrı-ayrı hesabı olanlara nisbətən əhəmiyyətli dərəcədə daha güclü olduğu müşahidə edilib.
Birgə bank hesabından istifadə edən cütlüklər arasında şəffaf bir əlaqə olduğu müşahidə edilib. Onlar "mən sənə kömək etmək istəyirəm, çünki buna ehtiyacın var. Sonradan mənə kömək edib-etməyəcəyini gözləmirəm" anlayışı ilə hərəkət ediblər.
Ayrı-ayrı bank hesabları olan cütlüklər maliyyə münasibətlərini "mübadilə" olaraq görüblər; "Sənə kömək edirəm, daha sonra sən mənə kömək edəcəksən" məntiqlə hərəkət ediblər.
Ayrı-ayrı bank hesabı olan cütlüklərin əksəriyyətinin "münasibətlərinə son qoymalarının potensial olaraq daha asan olduğu" qənaətinə gəlinib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)




