Neft gecə kəskin ucuzlaşıb
Neft qiymətləri bu gecə 5%-dən çox düşüb.
Marrja.az xəbər verir ki, Brent nefti Bakı vaxtı ilə saat 07:54-də 5,1% ucuzlaşma ilə75,39 dollardan ticarət olunub.
ABŞ xam neftinin qiyməti isə 5.3% düşərək 71,58 dollar olub.
Xam neft qiymətləri ABŞ, Böyük Britaniya və Avrozonadan gələn zəif istehsal və fabrik sifarişləri məlumatlarının ardınca kəskin ucuzlaşıb. Açıqlanan statistik məlumatlar yüksək faiz dərəcələri fonunda iqtisadi aktivliyin daha da "soyuduğunu" göstərir.
İndi əsas diqqət faiz dərəcələrini daha 0,25 faiz bəndi artıracağı gözlənilən ABŞ Mərkəzi Bankının (FED) bu gün başa çatacaq iclasının yekununa yönəlib. Bazarlar iqtisadi fəaliyyətin pisləşməsilə əlaqədr olaraq FED-in bu gün də faiz artırdıqdan sonra faiz artırmaq dövrünə fasilə elan edəcəyinə inanırlar.
ABŞ-ın potensial borc defoltuna dair xəbərdarlıqlar bu ehtimalı daha da gücləndirib.
JPMorgan Chase & Co tərəfindən First Republic Bankın təcili alınmasından sonra ABŞ-da bank böhranı ilə bağlı yenidən narahatlıqlar xam bazarlarda da vəziyyəti ağırlaşdırıb.
Çinin istehsal fəaliyyətində gözlənilməz bir azalma göstərən məlumatlar açıqlanıb. Bu dünyanın ən böyük neft idxalçısında COVID-dən sonrakı iqtisadi dirçəlişin tükəndiyini göstərir. Açıqlanan statistik məlumatlar bazarların Çinin bu il neftə tələbatın bərpasına səbəb ola biləcəyinə dair ümidlərini azaldıb.
Yavaşlayan tələblə bağlı narahatlıqlar son həftələrdə neft qiymətlərini aşağı salaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqləri tərəfindən hasilatın azaldılması qərarından sonra qiymətlərdəki artımı tamamilə silib. Hasilatın azaldılması qərarı aprelin əvvəlində xam neft qiymətlərini artırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 7 d. əvvəl
-
-
19 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
59 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb























