Səlcuq Bayraqdarın Türkiyə Prezidenti olacağı proqnozlaşdırılır - “Ərdoğanın mümkün varisi”
Almaniyanın nüfuzlu “Speigel” jurnalında Türkiyənin “Baykar Technology” şirkətinin lideri Selçuk Bayraktarın (Səlcuq Bayraqdar) nailiyyətlərinin təhlil edildiyi məqalə dərc olunub. Marja xəbər verir ki, təhlildə Bayraktarın “Ərdoğanın mümkün varisi” kimi göründüyü bildirilib.
TÜRKİYƏNİN ELON MUSK-I
Məqalədə qeyd edilib ki, “Selçuk Bayraktar müasir müharibənin aparılması tərzini dəyişib və bəziləri onu Türkiyənin Elon Musk-ı adlandırır. Onun, qayınatası Rəcəb Tayyib Ərdoğanın yolu ilə gedərək Türkiyə dövlətinin zirvəsinə yüksələ biləcəyi ilə bağlı fikirlər artır”.
Bayraktarın uğurlarının heç bir sektor tərəfindən gözardı edilə bilməyəcəyini yazan qəzet, Bayraktarın, siyasi dedi-qoduların doğru olmadığını bildirdiyini də qeyud edib:
“Ərdoğan növbəti dəfə Prezident olmasa belə, Bayraktarın uğuru onu Türkiyədə o qədər məşhur edib ki, heç bir hökumət onu və şirkətini görməzlikdən gələ bilməz. Onun Türkiyə siyasətinə təsiri çox güman ki, artacaq”.
Bu yaxınlarda bir televiziya verilişində sual verilən Bayraktar deyilənləri “qeybət” adlandırıb.
Məqalədən diqqət çəkən məqamları təqdim edirik:
"Baykar" şirkəti 2021-ci ildə illik 664 milyon dollar satışla Türkiyənin ən böyük silah ixracatçısı olub. Şirkət Ukrayna müharibəsində daha da böyüyüb. "Baykar" ötən il 18 ölkəyə 1,18 milyard dollar dəyərində pilotsuz uçuş aparatı (PUA) və digər texnologiyalar ixrac edib.
"Bayraktar TB2" PUA-ları Qarabağ və Efiopiyada, eləcə də Liviyada döyüş meydanlarında istifadə olunub. ABŞ Dövlət Departamentinin Türkiyə üzrə keçmiş eksperti Rich Outzen "New Yorker" qəzetinə pilotsuz təyyarələr haqqında deyib: "TB2 PUA-ları, hazırda müharibələrin necə aparıldığına dair olduqca əhəmiyyətli bir əməliyyat inqilabı təmin edib"
Bayraktarın 43 yaşı var, saqqalı, çənəsi, qısa və qara saçları ilə kino ulduzuna oxşayır. Atası Özdemir "Baykar" şirkətini 1980-ci illərdə avtomobil təchizatçısı kimi qurmuşdu. Anası Canan iqtisadçı və kompüter alimi idi. Bayraktar uşaqlıqda texnologiya ilə bağlı çox şey öyrənib. O, əşyalarla, xüsusən də təyyarələrlə maraqlandığını deyir: “Mənim üçün bu, bir həyat tərzidir”.
Bayraktar daha sonra ABŞ-a köçüb və Massaçusets Texnologiya İnstitutunda mühəndislik təhsili alıb. 2007-ci ildə Türkiyəyə qayıdıb və "Baykar"da pilotsuz uçuş aparatları bölməsinin yaradılmasında iştirak edib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 16 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)











.jpg)



