Çinin Huawei şirkətinə disklər ixrac edən şirkət 300 milyon dollar cərimələndi
ABŞ, texnologiya şirkəti Seagate-ni Çinin texnologiya nəhəngi Huawei-yə sərt disklər sataraq ixrac nəzarətini pozduğuna görə 300 milyon dollar cərimələyib.
Marja.az BBC-yə istinadən xəbər verir ki, ABŞ Ticarət Departamenti, Seagate Technology-nin 2020-ci ildə ixrac nəzarətinin tətbiqindən sonra Huawei-yə 1,1 milyard dollardan çox mal göndərdiyini bildirib.
Seagate bu səbəbdən 300 milyon dollar cərimələnib və cəriməni 5 il ərzində hər üç aydan bir 15 milyon dollar hissə-hissə ödəyəcək.
ABŞ-ın qabaqcıl kompüter çipləri kimi texnoloji məhsulların Çinə ixracını əngəlləməyə çalışdığı bir vaxtda verilən cəza, Vaşinqtonun Pekinə qabaqcıl texnologiya satışını dayandırmaq cəhdlərindən biridir.
2019-cu ildən ABŞ, milli təhlükəsizliyi və xarici siyasəti ilə əlaqədar olaraq Amerika mallarının Huawei satışına məhdudiyyətlər tətbiq edir.
ABŞ hesab edir ki, texnologiyalar Çin ordusu tərəfindən insan hüquqlarının pozulmasını dəstəkləmək və ya ABŞ-ın milli təhlükəsizliyini təhdid etmək üçün istifadə edilə bilər. Çin iddiaları rədd edir.
Son illərdə ABŞ-dan başqa bir çox ölkə təhlükəsizlik baxımından Çin texnologiya şirkətlərinə qarşı müxtəlif tədbirlər görüb.
Huawei, ZTE və Hytera kimi 5G texnologiyası üzrə ixtisaslaşmış şirkətlərə ABŞ, Avstraliya, Yaponiya, Hindistan və Kanadada şəbəkələrdə avadanlıq quraşdırmaq qadağan edilib.
Böyük Britaniya 2027-ci ilə qədər Huawei tərəfindən quraşdırılmış avadanlıqların 5G şəbəkələrindən çıxarılmasını tələb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)





