FED-in sərt monetar siyasətini davam etdirəcəyinə dair narahatlıqlar aktual olaraq qalır
ABŞ-da dünən açıqlanan gəlir hesabatlarına görə, ABŞ-ın ən böyük banklarından olan “Goldman Sachs”-ın xalis mənfəəti bu ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18% azalıb, “Bank of America”-nın xalis mənfəəti isə eyni dövrdə 15% artıb.
ABŞ-ın kosmetika və gigiyenik məhsullar istehsal edən şirkətlərindən “Johnson & Johnson”-un balans hesabatı da şirkətin satışlarının bu ilin birinci rübündə 5.6% artaraq 24.7 milyard dollara çatdığını göstərib.
Digər tərəfdən, ABŞ-da çərşənbə axşamı açıqlanan məlumatlara görə, tikintisinə yeni başlanılan evlərin sayı mart ayında 0.8% azalaraq 1 milyon 420 minə düşməsinə baxmayaraq, proqnozları üstələməyi bacarıb.
Bu amillər investorları ABŞ iqtisadiyyatının tezliklə resessiyaya girəcəyinə dair narahatlıqlarını bir qədər azaltsa da, Federal Ehtiyatlar Sisteminin (FED) sərt monetar siyasətini davam etdirəcəyinə dair narahatlıqlar aktual olaraq qalır.
St. Luiz FED sədri Ceyms Bullard, inflyasiyanın inadla yüksək olaraq davam etdiyinə işarə edən son məlumatlardan sonra faiz artımlarının davam etdirilməsi lazım olduğunu bildirib. Bullard ABŞ iqtisadiyyatının resessiyaya girməsi ilə bağlı fikirlərə də qarşı çıxıb.
Atlanta FED-in sədri Rafael Bostiç də FED-in yüksək inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa davam edəcəyini bildirib. İqtisadiyyatın hələ də sürət qazandığını, lakin inflyasiyanın çox yüksək olduğuna diqqət çəkən Bostiç, pul siyasəti sahəsində hələ görüləcək işlərin çox olduğunu qeyd edib.
Nəticədə Dollar İndeksinin major valyutalara qarşısında ucuzlaşması bir qədər səngiyib.
Bu gün isə Avrozonada və İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri EUR/USD və GBP/USD məzənələrində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər.
Təhlil İnvestAz şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















