Nazir müavini yubanan məsələdən danışıb - "Təkliflər hökumətə təqdim edilib"
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "İctimai nəqliyyatda vahid ödəmə sisteminə keçid niyə yubanır və nə zaman tətbiqi nəzərdə tutulur? sualına cavab verib.
Nazir müavini qeyd edib ki, əsas hədəflərdən biri nəqliyyat növlərində nağdsız ödənişlərə keçidin tam təmin edilməsidir ki, artıq metroda və dəmir yolunda bu sistem tam tətbiq edilib:
"Bakı şəhəri daxil olmaqla, bir sıra iri şəhərimizdə ictimai nəqliyyatda nağdsız ödənişlərin həyata keçirilməsi təmin edilib. Bu prosesin tam başa çatdırılması üçün nazirlik tərəfindən aidiyyəti dövlət orqanlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və müvafiq təkliflər hökumətə təqdim edilib.
İctimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur.
Ümumilikdə bu məsələnin respublika miqyasında, müasir texnologiyaların tətbiqi ilə vahid sistem əsasında icra edilməsini zəruri hesab edirik. Nağdsız ödəniş sisteminin tətbiqi sektorda aparılan şəffaflaşmaya xidmət etməklə yanaşı, nəqliyyat sahəsində hesabatlılığın, sərnişindaşımada statistik məlumatların toplanmasına, eləcə də ölkədə inteqrasiya edilmiş nəqliyyat sisteminin formalaşmasına xidmət etmiş olacaqdır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
28 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)
