"Xalq Həyat" Sığorta Şirkətinin xalis mənfəəti 30%-dən çox artıb
"Xalq Həyat" Sığorta Şirkəti ASC 2022-ci ili 1 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 392 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Həyat"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 31% artıb.
Marja xəbər verir ki, 2022-ci ildə "Xalq Həyat"ın cəmi əməliyyat gəlirləri 6 milyon 521 min manat (+25,8%), cəmi əməliyyat xərcləri 4 milyon 248 min manat (+15,2%), əməliyyat mənfəəti 2 milyon 273 min manat təşkil edib (51,7%). 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 5 milyon 184 min manat, cəmi əməliyyat xərcləri 3 milyon 686 min manat, əməliyyat mənfəəti 1 milyon 498 min manat təşkil etmişdi.
"Xalq Həyat"ın topladığı sığorta haqları 2021-ci ildə 6 milyon 113 min manat ikən, 2022-ci ildə 8 milyon 375 min manata yüksəlib (37% və ya 2 milyon 262 min manat artıb). Şirkətin sığorta ödənişləri isə 136 min manatdan 420 min manata qalxıb.
"Xalq Həyat"ın investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 19% artaraq 1 milyon 721 min manat təşkil edib.
15 mart 2019-cu il tarixində “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. “Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)




