ABŞ-da daha bir bank müflis oldu
Silikon Vadisi Bankının (SVB) ardından Nyu-Yorkda yerləşən "Signature Bank" da iflas edib.
Marja.az Nyu York Maliyyə Xidmətləri Departamentinin (DFS) yaydığı açıqlamaya istinadən xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) əmanətçiləri qorumaq üçün "Signature Bank"a qəyyum (müvəqqəti idarəçi) təyin edib.
"Signature Bank"ın 31 dekabr 2022-ci il tarixinə təxminən 110,4 milyard dollar aktivi və təxminən 88,6 milyard dollar depozit portfeli olub. Bank FDIC-ın üzvüdür.
Açıqlamada vurğulanıb ki, Nyu York Maliyyə Xidmətləri Departamenti istehlakçıları qorumaq, tənzimlədiyi qurumların sağlam fəaliyyətini və qlobal maliyyə sisteminin sabitliyini qorumaq məqsədilə bazar tendensiyalarını izləyərək digər qurumlarla sıx əməkdaşlıq edir.
Kaliforniyada yerləşən SVB 21 milyard dollarlıq istiqraz mövqeyini təxminən 1,8 milyard dollar itki ilə bağladıqdan və 2 milyard dollardan çox kapital cəlb edəcəyini elan etdikdən sonra səhmlərinin qiyməti 60 faizdən çox düşüb.
Bəzi vençur kapitalı investorları şirkətlərə pullarını bankdan çıxarmağı tövsiyə etdikdən sonra bank itirməkdə davam etdiyi üçün onun fəaliyyəti dayandırılıb.
FDIC-ın martın 10-da SVB-yə müvəkkil təyin edildiyini açıqlaması da, bazarlarda azalmaya səbəb olub.
SVB-nin bu il iflas edən ilk FDIC-də sığortalı qurum olduğu qeyd edilib.
SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da qeydə alınan ən böyük iflaslardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
11 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 15 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)
.jpg)








.jpg)






