Ən varlı rusların sərvəti 2023-cü ilin əvvəlindən 10,4 milyard dollardan çox artıb
Bloomberg-in dərc etdiyi Bloomberg Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən martın 1-nədək 10,4 milyard dollardan çox artıb.
Marja xəbər verir ki, İndeks, şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Bloomberg Billionaires Index-in məlumatına görə, 2023-cü ilin əvvəlindən “Lukoyl”un əsas sahibi Vahid Ələkbərov (siyahıda 91-ci yerdədir) sərvətini ən çox artırıb – o, əlavə 2,43 milyard dollar qazanıb və sərvəti 17,8 milyard dollara çatıb.
"Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun (78-ci) sərvəti 1,54 milyard dollar artaraq 20,2 milyard dollara çatıb.
"Novolipetsk Steel"in (NLMK) Direktorlar Şurasının sədri Vladimir Lisin (76-cı yer) sərvətini 905 milyon dollar artırıb, indi onun cəmi sərvəti 20,8 milyard dollardır.
Bloomberg Milyarderlər İndeksinə görə, Rusiyanın ən zəngin milyarderi, reytinqdə 44-cü yerdə olan "Norilsk Nikel" şirkətinin rəhbəri Vladimir Potanin 94,2 milyon dollar itirib və sərvəti 28,5 milyard dollar dəyərində qiymətləndirilir.
"Novatek"in rəhbəri Leonid Mixelson (54-cü) 516 milyon dollar qazanıb, sərvətini 25,1 milyard dollara çatdırıb.
2012-ci ilin mart ayından etibarən xəbər agentliyi planetin 500 ən zəngin adamının vəziyyəti haqqında məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.
1 mart 2023-cü il tarixinə dünyanın 500 ən varlı adamı siyahısına 22 rusiyalı daxildir, onların cəmi sərvəti 273,82 milyard dollardır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























