20 min manata qədər qrant alacaq layihələr məlum oldu
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş üçüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 234 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 28-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 230-u KOB subyekti və 4-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 234 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 106-sı hüquqi, 124-ü fiziki şəxslərə, o cümlədən 223-ü mikro, 6-sı kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 15-i elm, 29-u tədqiqat, 58-i isə dəstək layihələridir.
Qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2022-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il - 10 fevral 2023-cü il tarixlərində həyata keçirilib.
Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)


