Qazaxıstan Almaniyaya neft nəqlinə başlayıb
Qazaxıstanın Almaniyaya ilk mərhələdə 20 min ton neft göndərdiyi bildirilir.Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) yaydığı açıqlamada, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan neftinin Polşa sərhədindəki Adamova Zastava neft terminalına göndərildiyi bildirilib.
Açıqlamada qeyd olunur ki, neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti Transneft-in boru kəmərlərinə neft vurulub.
Bundan əlavə, açıqlamada bildirilib ki, “KazTransOil” 2023-cü ildə eyni marşrutla 1,2 milyon ton Qazaxıstan neftinin Almaniyaya nəqli üçün “Transneft”lə razılaşıb.
KazTransOil bu ilin birinci rübündə Almaniyaya 300 min ton neft göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Bundan əvvəl Almaniya tərəfi Qazaxıstan hökuməti ilə Almaniyanın şərqində yerləşən Şvedt neft emalı zavoduna “Drujba” kəməri ilə Qazaxıstan neftinin stabil tədarükü ilə bağlı danışıqlar aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər







.jpg)





.jpg)




