Putin: Rusiya iqtisadiyyatı Qərbin düşündüyündən qat-qat güclü oldu
"Anti-Rusiya sanksiyaları iqtisadiyyatı çökdürməli, dağıdıcı inflyasiyaya səbəb olmalı və rublu çökdürməli, rusların əziyyət çəkməsinə və cəmiyyətdə sabitliyi pozmalı idi. Amma olmadı".Sanksiyalar tətbiq edilən Rusiya iqtisadiyyatı Qərbdə gözləniləndən qat-qat güclü olub.
Marja xəbər verir ki, bunu Rusiya prezident Vladimir Putin Federal Məclisə müraciətini açıqlayarkən deyib.
O əlavə edib ki, Qərb sanksiyaların köməyi ilə rusları əziyyət çəkməyə və bununla da daxildən cəmiyyəti sabitsizləşdirməyə çalışsa da, buna nail ola bilməyib.
Putin vurğulayıb ki, anti-Rusiya sanksiyaları yuxarıda göstərilən məqsədə çatmaq üçün yalnız bir vasitədir.
"Onlar xalqı əziyyətə salmaq, bununla da daxildən cəmiyyətimizdə sabitliyi pozmaq istəyirlər. Lakin onların hesablaması baş tutmadı", - prezident bildirib.
Rusiya liderinin sözlərinə görə, ölkədə iqtisadi vəziyyətin sabitliyi, bazarda mal qıtlığının olmaması və biznesə dəstək hökumətin, parlamentin, Rusiya Mərkəzi Bankının və digər qurumların, habelə işgüzar dairələrin və əmək kollektivlərinin birgə işi sayəsində mümkün olub.
Putin: Rusiyaya qarşı sanksiyaların təşəbbüskarları özlərini cəzalandırdılar
Vladimir Putin deyib ki, Rusiyaya qarşı sanksiyaların təşəbbüskarları özlərini cəzalandırıblar, öz ölkələrində qiymət artımına səbəb olublar:
"Üstəlik, sanksiyaların təşəbbüskarları özlərini cəzalandırır. Onlar qiymət artımına, iş yerlərinin itirilməsinə, zavodların bağlanmasına, öz ölkələrində enerji böhranına səbəb olublar”.
Dövlət başçısı qeyd edib ki, Qərb Rusiyaya qarşı iqtisadi və informasiya cəbhəsi açıb, lakin heç bir nəticəsi olmayıb.
Putin əlavə edib ki, anti-Rusiya sanksiyaları iqtisadiyyatı çökdürməli, dağıdıcı inflyasiyaya səbəb olmalı və rublu çökdürməli, rusların əziyyət çəkməsinə və cəmiyyətdə sabitliyi pozmalı idi.
Putin bildirib ki, Rusiya iqtisadiyyatda yeni dövrə daxil olur, Rusiyada inflyasiyanın səviyyəsi 2023-cü ilin ikinci rübündə dörd faizlik hədəfə yaxınlaşacaq.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























