Rusiya müharibəsi Almaniyaya 100 milyard avro avro ziyan vurub
Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Marsel Fratzscher Rusiya-Ukrayna müharibəsi və sonrakı enerji böhranının 2022-ci ildə Almaniya iqtisadiyyatına 100 milyard avroya başa gəldiyini açıqlayıb.Almaniya İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Marsel Fratzscher (Marsel Fratşer) Almaniya mətbuatına verdiyi açıqlamada, Almaniyanın digər Avropa ölkələrinə nisbətən Rusiya qazından daha çox asılı olduğunu və bu səbəbdən ölkə iqtisadiyyatının müharibədən daha çox mənfi təsir gördüyünü bildirib.
Marja xəbər verir ki, enerji böhranının davam edəcəyi təqdirdə Almaniyanın iqtisadi itkisinin artacağı ilə bağlı xəbərdarlıq edən Fratşer, Rusiya-Ukrayna müharibəsi və sürətlə böyüyən enerji böhranının 2022-ci ildə ölkə iqtisadiyyatına 100 milyard avro ziyan vurduğunu və bu məbləğin ümumi milli məhsulun 2,5 faizə bərabər olduğunu qeyd edib.
Sənayesi təbii qazdan çox asılı olan Almaniya 2021-ci ildə təxminən 142 milyard kubmetr qaz idxal edib.
Almaniya kansleri Olaf Şolz fevralın 17-də keçirilən 59-cu Münhen Təhlükəsizlik Konfransında ölkəsinin kontinental Avropada Ukraynanın ən böyük hərbi dəstəkçisi olduğunu vurğulayıb və Almaniyanın Ukraynaya dəstəyinin uzun müddət davam edəcəyini qiymətləndirib..
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
49 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət





















