Bazar bədbinliyi fonunda neft ucuzlaşır
Bazarlarda ABŞ Federal Ehtiyatlar Sisteminin (FED, mərkəzi bank) monetar siyasətini daha da sərtləşdirəcəyi qorxusundan yaranan ümumi bədbinlik fonunda cümə günü axşam dünya neft qiymətləri kəskin şəkildə aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 23.19-a olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 3,01% azalaraq 82,58 dollar/barelə, WTI markalı neftin mart fyuçersləri 3,3% azalaraq 75,9 dollara düşüb.
Həftənin əvvəlindən Brent 4,5%, WTI 5,3% ucuzlaşıb.
"Goldman Sachs Group" investisiya bankının analitiklərinin fikrincə, neft qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin gələcək hərəkətləri ilə bağlı ümumi bazar narahatlığının təsiri altındadır. İnvestorlar ölkə üzrə güclü makroiqtisadi statistika və mərkəzi bank nümayəndələrinin “şahin” şərhləri fonunda mərkəzi bankın pul siyasətinin daha da sərtləşdiriləcəyindən ehtiyat edirlər.
ABŞ-da faiz dərəcələrinin daha da artacağı ilə bağlı narahatlıqlar və güclü dollar Çində tələbin potensial bərpası ilə bağlı nikbinliyin üzərindən xətt çəkir. ABŞ-da qiymət indeksləri (inflyasiya göstəricisi), dünyanın ən böyük iqtisadiyyatında inflyasiyanın çox güman ki, inadkar qalacağını göstərir. ABŞ Mərkəzi Bankının (FED) rəsmiləri gələcək aylarda faizlərin daha da artırılacağına işarə ediblər. Faizlərin daha da yüksəldilməsi bu il iqtisadi artımı ləngidə və xam neftə tələbi azalda bilər.
FED rəsmiləri James Bullard və Loretta Mesterin mərkəzi bankın daha çox faiz artıracağı barədə açıqlamaları xam neft qiymətlərinə mənfi təsir edən dolların bahalaşmasına səbəb olub. Dolların möhkəmlənməsi xam nefti beynəlxalq alıcılar üçün bahalaşdırır və qlobal neft tələbini azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)








