Shell-in xalis mənfəəti 2022-ci ildə 2 dəfə artıb
Neft-qaz konserni Shell-in səhmdarlara aid olan xalis mənfəəti keçən il 42 milyard 309 miylon dollar təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur.
Marja xəbər verir ki, səhmbaşına mənfəət bir il əvvəlki 2,57 dollardan sonra 5,71 dollara qalxıb.
Ötən Shell-in cəmi gəlirləri 46% artaraq 381 milyard 314 milyon dollara çatıb.
Hesabat ilinin dördüncü rübündə şirkətin xalis mənfəəti 9% azalaraq 10 milyard 406 milyon dollar təşkil edib. Gəlirlər isə 18,7% artaraq 101 milyard 303 milyon dollar olub.
Dekabrın 31-nə şirkətin xalis borcu, 2021-ci ilin sonu ilə müqayisədə 15% azalaraq 44 milyard 838 milyon dollar təşkil edib.
Şirkətin kəşfiyyat və hasilat (upstream) sahəsində mənfəəti il ərzində 1,7 dəfə artaraq 16 milyard 223 milyon dollara çatıb. Hasilat illik ifadədə 12% azalaraq sutkada 2,864 milyon barel neft ekvivalenti təşkil edib.
Shell 70-dən çox ölkədə karbohidrogenlərin hasilatı, emalı və satışı ilə məşğul olan Britaniya-Hollandiya neft-qaz konsernidir. Qərargahı Hollandiyanın Haaqa şəhərində yerləşir.
HƏMÇİNİN OXU: 2022-ci ildə ExxonMobil-dan rekord mənfəət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
29 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)





