Türkiyənin neft idxalı azalıb
Türkiyənin cəmi neft və neft məhsulları idxalı keçən ilin noyabr ayında 2021-ci ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 3 milyon 967 min 559 ton olub.Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun ötən ilin noyabr ayı üzrə “Neft Bazarı Sektoru Hesabatı”na görə, Türkiyənin ümumi neft idxalında ən böyük hissəni təşkil edən xam neft idxalı 11,6% azalaraq 2 milyon 633 min 417 ton təşkil edib.
Marja xəbər verir ki, bu dövrdə dizel növlərinin idxalı 3% azalaraq 919 min 97 tona düşüb. İdxalın qalan hissəsini aviasiya və gəmi yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Belə ki, cəmi idxal ötən ilin noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,4% azalaraq 3 milyon 967 min 559 ton olub.
Xam neft və neft məhsullarının ən çox idxalı 2 milyon 516 min ton ilə Rusiyadan, 500 min 908 ton ilə İraqdan və 266 min 713 ton ilə Qazaxıstandan olub.
Digər tərəfdən, benzin satışı keçən ilin noyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,3% azalaraq 253 min 921 ton, dizel satışı isə 9,5% azalaraq 2 milyon 46 min 988 ton olub.
Cəmi neft məhsulları satışı 8% azalaraq 2 milyon 449 min 71 ton təşkil edib.**
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib





















