Tesla səhmləri ardıcıl 2 gündə 20%-dən çox bahalaşıb
Tesla səhmləri bu həftə 33% bahalaşaraq 2013-cü ilin may ayından bəri ən yaxşı həftəlik performansını qeyd edib. Baş direktor (CEO) Elon Musk bu həftənin əvvəlində şirkətin 2023-cü ildə potensial olaraq 2 milyon avtomobil istehsal etməyi hədəflədiyini söyləyib.Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın səhmləri, şirkətin maliyyə hesabatlarının dərcindən sonra ardıcıl iki gün bahalaşıb.
Marja xəbər verir ki, Tesla səhmləri 10,39% də bahalaşaraq hər qiymətli kağızın qiyməti 178 dollara çatıb. Səhmlər iki gün ərzində 24%-ə yaxın bahalaşıb. İki gün öncə şirkətin bir səhminin qiyməti 144 dollar səviyyələrində idi.
Cümə axşamı açıqlanan maliyyə hesabatlarına görə, 2022-ci ildə ABŞ-ın elektrik avtomobil istehsalçı səhmdarlara aid olan xalis mənfəətində illik müqayisədə təxminən 2,3 dəfə artım göstərib. Şirkət bu il 1,8 milyon avtomobil istehsal etməyi planlaşdırır. 2022-ci ildə Tesla 1,37 milyon avtomobil istehsal edib.
Səhmdarlar və analitiklərlə söhbət zamanı Baş direktor Elon Musk şirkətin 2023-cü ildə potensial olaraq 2 milyon ədəd avtomobil istehsal etməyi hədəflədiyini söyləyib və tələbin bu avtomobillərin satışını da dəstəkləyəcəyini bildirib. Sirkət rəsmi olaraq isə 2023-cü ildə 1,8 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırdığını bəyan edib.

Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrik nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilib. Şirkətin baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir, onları Toyota və Daimler kimi digər avtomobil şirkətlərinə satır.
Tesla səhmlər bu həftə 33% bahalaşıb və 2013-cü ilin may ayından bəri ən yaxşı həftəlik performansını qeyd edib. Bu sıçrayış Tesla səhmlərinin 40%-dən çox ucuzlaşdığı altı aylıq bir müddətdən sonra baş verib. Səhmlərin 2022-ci ildəki 65%-lik ucuzlşaması, Tesla-nın ictimai bir şirkət olaraq 12 ildən çox müddət ərzində ən pis dövrü olub.
ABŞ-da yerləşən digər elektrik avtomobil istehsalçılarının da səhmləri bahalaşıb. Rivian səhmləri həftə ərzində 22% bahalaşarkən, ənənəvi avtomobil istehsalçıları Ford-un və General Motors-un səhmləri, hər biri 7%-dən çox dəyər qazanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























